Modern.az

Əli Həsənov: "Prezident İlham Əliyev son 5 ildə ən böyük müsahibəsini bu jurnala verib"

Əli Həsənov: "Prezident İlham Əliyev son 5 ildə ən böyük müsahibəsini bu jurnala verib"

29 İyul 2011, 15:22

Azərbaycan Respublikası Müstəqilliyinin 20 illiyi ilə əlaqədar “The Business Year - Azerbaijan 2011”- jurnalının  xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan Respublikası  Prezident Administrasiyası (PA) və “The Business Year” jurnalının təşkilatçılığı ilə baş tutub.
“The Business Year” jurnalının 2011-ci il xüsusi buraxılışını Azərbaycana həsr etməsi təsadüfi deyil”. Modern.az-ın məlumatına görə bu sözləri təqdimat  mərasimində Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan sovet məkanında jurnalın xüsusi buraxılış etdiyi ilk ölkədir.

“Bunun səbəbi son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardır. 2010-cu ildə ən çox iqtisadi inkişaf Azərbaycana məxsusdur. Əhalinin gəlirləri, dövlət büdcəsi və ümumdaxili məhsulun həcmi artıb. 2011-cu  ildə Azərbaycan dövlət büdcəsi rekord 20 milyard manata çatıb. Yəni Azərbaycan bütün sahələr üzrə 2010-cu ildə ilin dövləti olub”.

Ə.Həsənov onu da qeyd edib ki, məhz bu uğurlara görə tanınmış jurnal Azərbaycana aid xüsusi buraxılış dərc edib.
 “Jurnalın 100 min tirajı var və hər bir dövlətə belə diqqət ayrılmır. Yalnız ilin dövləti olanlar jurnal tərəfindən dünyanın ən yaxşı biznes partnyoru kimi təbliğ olunur və bu Azxərbaycan haqqında ingilis dilində çox gözəl bir mənbə rolunu oynayacaq”-deyə Ə.Həsənov qeyd edib.

PA rəsmisi deyib ki,  Azərbaycan Prezidenti İlham Əliyev son 5 ildə ən böyük yazılı müsahibəsini də bu jurnala verib.

Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar, görülən işlərdən danışıb.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanın iqtisadi siyasətində informasiya kommunikasiya texnologiyalarının tutduğu yerdən söz açıb.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı