Modern.az

Londonda zəhərlənən rusiyalı polkovniklə bağlı şok DETAL

Londonda zəhərlənən rusiyalı polkovniklə bağlı şok DETAL

Dünya

9 Mart 2018, 15:43

Eks polkovnik Sergey Skripal Britaniyada olduğu müddətdə Rusiya haqda məlumatları xarici kəşfiyyat orqanlarına ötürməkdə davam edib. Modern.az xəbər verir ki, bu barədə “The Finanical Times” nəşri məlumat yayıb.

Nəşrin informasiya mənbələrinə görə Skripal Rusiya kəşfiyyatının işləmə mexanizmini bilirdi və bu informasiya kəşfiyyatçıların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.

Skotland Yardın terrorla mübarizə şöbəsinin rəisi eks polkovnik Sergey Skripalın zəhərlənməsini adam öldürməyə təşəbbüs kimi qiymətləndirdiklərini bildirib.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır