Britaniya hakimiyyəti Sergey Skripalın zəhərlənməsi hadisəsinin araşdırılmasına 100 nəfər hərbçi cəlb edib.
Modern.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Hadisəyə cəlb olunanlar kimyəvi maddələr ilə iş üzrə təcrübəli olan hərbçilərdir. Hərbçilərin araşdırmaya cəlb olunmasını Skotland Yardın terrorla mübarizə şöbəsi istəyib.
“Hərbçilər zəhərlənmə hadisəsinin araşdırması tamamlanadək polisə yardımçı olacaqlar”- deyə şöbənin bəyanatında qeyd olunub.
Əvəz ZEYNALOV