“Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər”.
Modern.az xəbər verir ki, Federal Məclisə müraciətini şərh edərkən ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının rəhbəri, general Con Hayten bildirib.
Hayten Rusiyanın yeni silahlarına qarşı effektiv mübarizə üsulu təklif edib. Onun sözlərinə görə bunun üçün kosmosda yeni sensorlar yerləşdirmək kifayətdir.
“Bu sensorlar raketləri ballistik trayektoriyanın orta məsafəsində izləyə, həmçinin kosmosdan müşahidə apararaq hipersonik silahlar kimi müxtəlif növ digər təhlükələri də aşkarlaya bilər” - deyə Hayten qeyd edib.
“ABŞ Rusiya tərəfindən istənilən təhlükəyə hazırdır”- general əlavə edib.
O, əmin olduğunu bildirib ki, Rusiyanın ABŞ-a qəfil tammiqyaslı hücumundan başqa Vaşinqtonun ona cavab verə bilməyəcəyi bir şey yoxdur.
“Yeri gəlmişkən, sualtı qayıqlarımızın harada yerləşməsi barədə onların məlumatı yoxdur. Əgər bu yolu seçsək, bu qayıqlar onların ölkəsini məhv edə bilər” - Hayten çıxışını bu sözlərlə tamamlayıb.
Əvəz ZEYNALOV