Dağıstanda baş verən silahlı insident nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə Qerqa qəsəbəsində qeydə alınıb.
Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq “Rosqvardiya”-nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.