"Hər an Afrin mərkəzinə girə bilərik”.
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.
O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu indiyə qədər Afrində 3179 terrorçu zərərsizləşdirib: "Bu terrorçular, PKK/YPG-PYD ABŞ-dan maaş alırlar. Biz Türkiyədə Amerika düşmənçiliyi yaymırıq. Biz bunları etmədiymiz halda ABŞ-da Türkiyə düşmənçiliyi baş alıb gedir. Onlar istəyir ki, hamı sussun, yalnız onlar danışsınlar. Ancaq bundan sonra belə olmayacaq. Bizim ilk hədəfimiz dünyanın ilk 10 dövləti sırasına daxil olmaqdır”. (Report)