Modern.az

Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin sayı artırılıb  

Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin sayı artırılıb   

10 Mart 2018, 11:55

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi qərara alınıb. Modern.az-ın məlumatına görə, bu barədə məsələ Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında müzakirəyə çıxarılıb.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alıb.

Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildiriblər və təklif qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?