Modern.az

Eynulla Fətullayev “yeni komanda” iddiasına aydınlıq gətirdi

Eynulla Fətullayev “yeni komanda” iddiasına aydınlıq gətirdi

29 İyul 2011, 19:50

“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev  Modern.az saytına açıqlamasında yeni kollektiv formalaşdırdığı barədə yayılan məlumata münasibət bildirib.

E.Fətullayev qeyd edib ki, fəaliyyətini bərpa etdikdən sonra qəzetin əvvəlki kollektivi yenidən “Gündəlik Azərbaycan”da işləyəcək.
“2006-cı ilə qədər qəzetdə işləmiş ənənəvi komanda yenidən redaksiyada fəaliyyətini davam etdirəcək”-deyə baş redaktor vurğulayıb.

E. Fətullayev bildirib ki, qəzetin çapı ilə bağlı konkret tarixi deyə bilməz: “Bu müddət donorların maliyyə vəsaitini təsdiq etməsindən asılı olaraq dəyişə bilər. Mən artıq bildirmişəm ki, beş beynəlxalq donor bizə dəstək verəcək”.

Baş redaktor qeyd edib ki, hazırda qəzetin konsepiyası üzərində işləyirlər.
“Hazırda məsləhətləşmələr aparılır. Bu yeni, müasir media tələblərinə cavab verən qəzet olacaq”.

E.Fətullayev onu da deyib ki, müxtəlif qəzetlərdə işləyən jurnalistlərdən ibarət tam yeni  komanda yığmağı barədə deyilənlər doğru deyil.

“Gündəlik Azərbaycan”da çalışacağı bildirilən “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı saytımıza işdən çıxdığını təsdiq edib. O, bildirib ki, hazırda E. Fətullayevin rəhbəri olduğu ictimai təşkilatda fəaliyyətini davam etdirir.
“Gündəlik Azərbaycan” qəzetində işləyəcəyimi indidən deyə bilmərəm. Hazırda təşkilatda çalışıram”-deyə jurnalist vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı