Modern.az

10 nazirliyin mətbuat katibi Goranboya gedib

10 nazirliyin mətbuat katibi Goranboya gedib

29 İyul 2011, 19:58

İyulun 30-31-də Goranboy rayonunda Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində növbəti treninq-məşğələ keçirilir. Tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin – Yevlax, Bərdə, Ağdam, Ağcabədivə Tərtər rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri qatılıblar. Bu barədə Modern.az-a məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, treninq-məşğələdə nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərləri də iştirak edirlər. Ümumilikdə 10 nazirlik və komitənin mətbuat əlaqələndiricisi tədbirə qatılıb. MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı