Modern.az

Ziyafət Əsgərov: “Bir-birlərinə layiq oynadılar”

Ziyafət Əsgərov: “Bir-birlərinə layiq oynadılar”

11 Mart 2018, 14:01

“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu 2:1 hesabı ilə deputatlarımızın xeyrinə başa çatıb.

 

Oyun barədə fikirlərini Modern.az-la bölüşən Milli Məclis sədrinin birinci müavini, Ziyafət Əsgərov deyib ki, turnir Azərbaycan Cühuriyyətinin və parlamentinin 100 illiyinə həsr olunub:

 

“Beynəlxaq turnir çərçivəsində Azərbacana bir neçə ölkədən komandalar gəlib. Azərbaycan və Ukrayna ölkələri arasındakı final görüşündə hər iki komanda layiqli oynadı və nəticə də layiqli oldu. 2:1 Azərbaycan parlament komandasının xeyrinə nəticələndi.

 

Amma hər iki komandanı təbrik edirəm. Çünki bir-birinə layiq oynadılar”.

 

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da oyunun gözəl keçdiyini vurğulayıb:

 

“Oyunları izlədik. Bu, bizim parlament tariximizdə çox dəyərli idman yarışı oldu. Biz inanırıq ki, bundan sonrakı tədbirlərimiz də bu cür yüksək səviyyədə keçiriləcək”.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi