Modern.az

İranda qəzaya uğrayan Türkiyə təyyarəsində məşhur iş adamının qızı və rəfiqələri olub- FOTO

İranda qəzaya uğrayan Türkiyə təyyarəsində məşhur iş adamının qızı və rəfiqələri olub- FOTO

Dünya

11 Mart 2018, 21:24

Türkiyəyə məxsus şəxsi təyyarənin İranın paytaxtı Tehranın cənubunda qəzaya uğraması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Modern.az türk mediasına  istinadən xəbər verir ki, təyyarə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus olub.

BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Qəza nəticəsində sağ qalan olmayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular