Modern.az

Putin qızları barəsində danışdı

Putin qızları barəsində danışdı

11 Mart 2018, 22:54

 Rusiya prezidenti Vladimir Putin qızlarının ölkəni necə yaxşı etmək barədə onunla müzakirə aparmalarından danışıb.

Modern.az xəbər verir ki, bunu o, Andrey Kondraşovun "Odnoklassniki" sosial şəbəkəsinə yerləşdirilən filmində söyləyib.

O, həmçinin qızlarına qarşı heç də həmişə tələbkar olmadığını qeyd edib.

"Yəqin ki, ola bilsin həmişə deyil, amma tələbkar olmaq sevməmək anlamına gəlmir", — deyə Putin vurğulayıb.

Prezidentin sözlərinə görə, o, qızlarına valideynlərinin ona arzuladığı kimi, uğurlar diləyir.

"Mən eyni şeyi qızlarıma arzu edirəm. Onlar çalışırlar, çox işləyirlər. İşə yanaşmalarından çox razıyam. Çox çalışqandırlar. Öz ölkələrini çox sevirlər, onunla qürur duyurlar, mənimlə bu barədə danışarkən, ölkəni necə yaxşı etmək barədə düşünürlər", — deyə Putin əlavə edib. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB