Modern.az

Türkiyə ordusu Afrində daha beş kəndi azad etdi

Türkiyə ordusu Afrində daha beş kəndi azad etdi

12 Mart 2018, 00:18

Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə silahlı qüvvələri “Azad Suriya Ordusu”na aid dəstələrlə birlikdə daha beş kəndi azad ediblər.

Modern.az-ın Türkiyə mediasına verdiyi istinadən məlumatına görə, regionda anti-terror əməliyyatı çərçivəsində Qara Təpə və Kastel Keçik, Şeran rayonu, Xalidiyə və Cülbül, həmçinin Kane Kauer yaşayış məntəqələri azad edilib.

Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 51 gündür davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB