Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı İşık Koşanerin istefa verməsinin ardından bu görəvə kimin gətiriləcəyi təkcə Türkiyədə deyil, ölkə hüdudularından kənarda da əsas müzakirə mövzusu oldu. Dünən Türkiyə prezidenti Abdulla Gülün imzaladığı qərarla Jandarma Qüvvələri komandanlığından Quru Qoşunları komandanlığına təyin olunan ordu generalı Necdət Özəlin Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi postuna gətiriləcəyi artıq şübhə doğurmur.
Necdət Özəl dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ankara “dəhlizlərində” ordunun Baş qərargahında rəhbərliyin ona həvalə ediləcəyi danışılır.
Modern.az Türkiyə mediasısına istinadən xəbər verir ki, general Necdət Özəlnin yolu iki ildir sürpriz istefalarla açılır. General Atilla İşığın 2010-cu ildəki istefasıyla Jandarma Qüvvələri komandanlığına gətirilən Necdət Özəl dünənki sürpriz istefalarla Baş qərargah rəisliyinə uzanan yola girdi.
Dünənki istefalar olmasaydə Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi vəzifəsinə gəlmək üçün ən azı hələ 2013-cü ilədək gözləməliydi. Ancaq dünən Ankaranın gündəmini sarsıdan istefalar general Özəlin 2013-ə qədər gözləmək məcburiyyətində qalmayacağını gerçəkləşdirdi.
İndi hamı bilir ki, Necdət Özəl gələn həftə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi vəzifəsini tutacaq. Belədə general Özəl ən azı 2015-ci ilə qədər Baş qərargah rəisi postunda qalacaq. Amma təqaüd yaşına girmədiyi üçün hökumətin istəyilə Özəl 2015-ci ildən sonra da həmin vəzifədə saxlanıla bilər.
General Necdət Özəl 1950-ci ildə Ankarada doğulub. 1969-cu ildə Quru Qoşunları Hərbi Məktəbindən, 1970-ci ildə Piyada Məktəbindən, 1980-ci ildə Quru Qoşunları Hərb Akademiyasından məzun olun.
Türkiyə Silahlı Qüvvələrindəki dəyişiklər nəticəsində müxtəlif vəzifələr tutan Necdət Özəl 2007-ci ildə general rütbəsi alıb. General rütbəsi ilə 2007- 2008-ci illər arasında Egey Ordu komandanı, 2008-2010-cu illər arasında 2-c Ordu komandanı oldub. General Özəl keçən il Jandarma Qüvvələri komandanlığına gətirilib.
necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin “Üstün cəsarət və fərəqət” medalı, “Üstün xidmət” medalı, Qırğızıstanın “Qəhrəman medalı”, Rumıniya “Əsgəri yüksək ləyaqət medalı” və Monqolustan “Üstün xidmət” medalı ilə təltif edilib.
Modern.az