Modern.az

"Rembo" ləqəbli döyüşçümüz bu gün əməliyyat olunacaq  

"Rembo" ləqəbli döyüşçümüz bu gün əməliyyat olunacaq  

12 Mart 2018, 10:29

Aprel döyüşlərində Tərtər rayonunun Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə başından ağır qəlpə yarası alan tankçımız, Goranboy rayonundan olan "Rembo" ləqəbli Razi Cavadov bu ilin yanvarında müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb. 

Müdafiə naziri Zakir Həsənovun göstərişi ilə Razi Cavadovun müalicəsinin davam etdirilməsi və müvafiq prosedurların həyata keçirilməsi üçün onun Gülhanə hospitalına göndərilməsinə qərar verilib. 

Modern.az-ın məlumatına görə, bu gün döyüşçümüz müalicə aldığı Gülhanə hospitalında əməlyyat olunacaq.

Xatırladaq ki, aprel döyüşlərində başından ağır yaralanan Razi Cavadov 40 gündən çox koma vəziyyətində olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi