Modern.az

Dünya hərb bazarında son vəziyyət - Ən çox silah satan ÖLKƏLƏR

Dünya hərb bazarında son vəziyyət - Ən çox silah satan ÖLKƏLƏR

12 Mart 2018, 10:51

ABŞ hərbi sənayesi 2013-2017-ci illərdə Rusiyadan 58% daha çox silah istehsal edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dünya Problemlərinin Araşdırılması üzrə Stokholm Beynəlxalq İnstitutunun hesabatında deyilir.

 

İnstitutun hesabatına görə, ötən 4 ildə dünyada satılmış silahın 34%-i ABŞ-ın payına düşür. Ötən 5 ildə rəsmi Vaşinqotnun əsas müştərisi 98 ölkə olub. Satılan silahların 48%-i Yaxın Şərq ölkələrinin payına düşür.

 

Silah ixracına görə ikinci pillədə Rusiya qərarlaşıb. Növbəti pillələrdə silah satışını 27% artıran Fransa, Almaniya və Çin gəlir.
Çin son 4 ildə silah ixracını 38% artırıb. Onun əsas müştərisi Pakistan hesab olunur.
Ötən illər ərzində İsrail (55%), Cənubi Koreya (65%) və Türkiyə (145%) də silah ixracını artırıb.

 

Dünya bazarlarında ən çox silah alan ölkə isə Hindistandır. Bu ölkəyə 2013-2017-ci illərdə dünya silah bazarında satılan silahların 12%-i düşür. Paralel olaraq, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair də silah idxalına görə lider ölkələr sırasına düşür. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB