Modern.az

“Bu, bizim parlament tariximizdə çox dəyərli idman yarışı oldu”

“Bu, bizim parlament tariximizdə çox dəyərli idman yarışı oldu”

11 Mart 2018, 14:05


“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu 2:1 hesabı ilə deputatlarımızın xeyrinə başa çatıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu oyun barədə fikirlərini Modern.az-la bölüşüb:

“Beynəlxaq turnir çərçivəsində Azərbacana bir neçə ölkədən komandalar gəlib. Oyunları izlədik. Azərbaycan və Ukrayna ölkələri arasındakı final görüşündə hər iki komanda layiqli oyun nümayiş etdirdi. Hesab 2:1 Azərbaycan parlament komandasının xeyrinə nəticələndi. Bu, bizim parlament tariximizdə çox dəyərli idman yarışı oldu. Biz inanırıq ki, bundan sonrakı tədbirlərimiz də bu cür yüksək səviyyədə keçiriləcək”.

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi