Modern.az

Milli Ordunun zabiti şəhid olub

Milli Ordunun zabiti şəhid olub

30 İyul 2011, 12:30


Azərbaycan Silahlı Qüvvələri növbəti itkiyə məruz qalıb. Modern.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, erməni silahlı qüvvələrinin Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi istiqamətindən atəşkəsi pozması nəticəsində Milli Ordunun zabiti şəhid olub. Dünən axşam baş verən hadisədə 1988-ci il təvəllüdlü, leytenant Elşən Həsənov başından aldığı güllə yarasından həlak olub.
Şəhid zabit Elşad Həsənəli oğlu Həsənov Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı