KXDR-nın lideri Kim Çen In ABŞ-la sülh bağlamaq və normal diplomatik əlaqələr qurmaq istəyir. Modern.az xəbər verier ki, bu barədə Koreya Respublikası prezident administrasiyası ilə yaxınlığı ilə seçilən “Tona İlba” qəzeti məlumat yayıb.
“Əlbəttə ki, Kim Çen Inın məqsədi ABŞ-la sülh bağlamaq, normal diplomatik əlaqələr qurmaq həmçinin, Pxenyanda ABŞ səfirliyinin yerləşdirilməsinə nail olmaqdır.” – qəzetin informasiya mənbəyi söyləyib.
Onun sözlərindən bu da aydın olur ki, Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşdə yarımadanın nüvəsizləşdirilməsi məsələsinə də toxunmaq istəyir.
Qeyd edək ki, iki ölkə liderlərinin görüşü bu ilin may ayına qədər olacağı gözlənilir.
Əvəz ZEYNALOV