Rusiya Müdafiə Nazirliyi tezliklə “Voevoda” raketlərinin sıradan çıxarılmasını planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov “Krasnaya Zvezda” qəzetinə açıqlmasında məlumat verib.
“Bizdə bu raketlərə “Voevoda”, Qərbdə isə ona “Satan” deyirlər. Bu raketlər 1980-ci illərin ortalarında istehsal olunub və həmin vaxtdan döyüş növbətçiliyindədir. Zaman keçir, texnologiyalar inkişaf edir, bu sistem isə artıq köhnəlib. Onlar, artıq öz istifadə müddətini bitirir və biz tezliklə bu raketləri sıradan çıxarmağa başlayacağıq” – Borisov söyləyib.
O həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri “Voevoda” raketlərinin yerinə, yeni “Sarmat” raketlərini istehsal edəcək.
Qeyd edək ki, “Sarmat” raket kompleksi beşinci nəslə aiddir və öz sələfi “Voevoda” raketlərini bir çox sahələrdə üstələyir. Həmçinin qeyd etmək lazımdır ki, bu kompleks qitələrarası balistik raketlərə aiddir.
Əvəz ZEYNALOV