Modern.az

Arnold Şvarsneqer Trampla zarafata davam etdi

Arnold Şvarsneqer Trampla zarafata davam etdi

12 Mart 2018, 14:32

Kaliforniyanın eks-qubernatoru və aktyor Arnold Şvarsneqer ABŞ prezidenti Donald Tramp haqda zarafat edib. Modern.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

“South By Southwest” festivalını qonağı olan Şvarsneqer yeni “Terminator” filminin çəkilişlərinin vaxtını bildirib.

 

Aktyor, həmçinin ABŞ prezidenti trampla zarafat edərək, 2019-cu ildə T-800 robotunun Trampı həbsdən çıxarmaq üçün qayıdacağını bildirib.

Bundan əvvəl də o, ABŞ prezidenti iə zarafat edərək Trampın “İqlimə dair Paris razılaşmasından” yalnız özünü çıxardığını bildirmişdi.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır