Modern.az

Bakıda 2 və 4 aylıq uşaqlar üzərində ürək əməliyyatı aparıldı

Bakıda 2 və 4 aylıq uşaqlar üzərində ürək əməliyyatı aparıldı

Aktual

12 Mart 2018, 15:55

Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudov rəhbərliyi altında növbəti əməliyyat icra olunub. Anadangəlmə ürək qüsurundan əziyyət çəkən körpələr sağlamlığa qovuşublar.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, əməliyyatlar geniş mədəcikarası çəpərin defekti və ciddi ağciyər (pulmonar) hipertenziya ilə 2 və 4 aylıq uşaqlar üzərində icra edilib.

Əməliyyatın mürəkkəbliyi körpələrdə qüsura görə yaranan ciddi ağciyər arteriyasının hipertenziyası və buna bağlı körpələrin inkişafdan geri qalmalarında idi. Bildirilib ki, adi, kiçik defektlərdən fərqli olaraq, bu cür patologiyaya vaxtında müdaxilə olunmasa, iri defekt ağciyər arteriyasında təzyiqin yüksəlməsinə səbəb olur, ürəkdə ciddi geriyədönməz dəyişikliklərə gətirib çıxarır və bu dəyişikliklərlə bağlı ürək çatışmazlığı əmələ gəlir.

 Qüsur aradan qaldırıldıqdan sonra kiçik pasiyentlərdə çəkidə artma müşahidə olunub və uşaqlar tezliklə tam sağlam şəkildə evə yazılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi