Modern.az

Anasını silahla hədələyən oğul tutuldu

Anasını silahla hədələyən oğul tutuldu

Aktual

12 Mart 2018, 17:05

Bakı şəhər sakini Polad Zöhrabovdan tapança və 5 ədəd patron götürülüb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib

 

Müraciətdə qadın qeyd edib ki, martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələyib.

 

34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb, ondan tapança və 5 ədəd patron götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi