Almaniya Federativ Respublikasının kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə hədiyyə mübadiləsi etdiklərini deyib. Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
“Biz bilirik ki, Rusiya prezidenti alman pivəsini böyük zövqlə içir, hərdən ona əsl almam pivəsi gətirirdim. Bir dəfə isə mən ondan çox yaxşı hisə verilmiş balıq almışam.”- Merkel qeyd edib.
Bundan əvvəl isə Vladimir Putin Merkelin Rusiyaya səfərləri zamanı ona hərdən pivə gətirdiyini söyləyib.
Əvəz ZEYNALOV