İngiltərənin paytaxtı Londonda və Mançester şəhərlərində Türkiyənin Afrin əməliyyatına etiraz edən bir qrup PKK tərəfdarı metro stansiyalarına hücum edib.
Virtualaz.org xəbər verir ki, Londonun “Kinqs Kros” və Mançesterin “Pikedili” stansiyalarına hücum edən etirazçılar Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Nümayiş zamanı şəhər nəqliyyatında problem yaşanıb.