Monteneqro parlamentinin sədri İvan Brayoviç Azərbaycana rəsmi səfərə gəlib.
Modern.az xəbər verir ki, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.