Modern.az

Baş nazir Rusiyanı sabiq polkovnikin zəhərlənməsində ittiham etdi

Baş nazir Rusiyanı sabiq polkovnikin zəhərlənməsində ittiham etdi

Aktual

12 Mart 2018, 21:43

Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

 

Modern.az-ın rus mediasına istinadən  verdiyi xəbərə görə, bu barədə T.Mey Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı deyib.

 

“Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”, deyə baş nazir bildirib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi