Modern.az

Nikki Heyli: “ABŞ Suriyaya zərbə endirməyə hazırdır”

Nikki Heyli: “ABŞ Suriyaya zərbə endirməyə hazırdır”

12 Mart 2018, 21:32

BMT Dəməşq ətrafında yerləşən Şərqi Qutada atəşkəsə nail ola bilməsə, ABŞ Suriyaya  zərbə endirməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

 

“ABŞ zəruri hallarda hərəkət etməyə hazırdır. Bu, bizim üstünlük verdiyimiz yol olmasa da, onu nümayiş etdirə bilərik. Biz buna hazırıq”, deyə N.Heyli vurğulayıb.

 

 

Bundan əvvəl ABŞ BMT  Təhlükəsizlik Şurasına Dəməşq və onun ətrafında hərbi əməliyyatları dayandırmaq tələbi ilə qətnamə layihəsini təqdim edib. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır