Modern.az

Türkiyə hökumətindən təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Türkiyə hökumətindən təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Dünya

13 Mart 2018, 00:15

Türkiyə Baş nazirinin müavini Ömər Bozdağ dünən İranda qəzaya uğrayan özəl təyyarə ilə bağlı açıqlama verib.

Modern.az  xəbər verir ki, Bozdağ qəza ilə bağlı hələ ki, dəqiq məlumatlara malik olmadıqlarını bildirib.

“Başaran Holdinqə məxsus özəl təyyarə təəssüf ki, İran sərhədləri daxilində qəzaya uğradı və təyyarədə olan ekipaj heyəti, sərnişinlər həlak oldu. Ölənlərə Allahdan rəhmət diləyirik. Yaxınlarının başı sağolsun. Həyatını itirənlərin cəsədləri tapılıb. Bununla bağlı araşdırmalar aparılır. Qəzanın səbəbi bəlli deyil. Olayla bağlı konkret məlumatlar qara qutunun araşdırılmasından sonra bəlli olacaq”, - deyə Bozdağ bildirib.

Xatırladaq ki, dünən İranda Başaran Holdinqə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 9 sərnişin və 2 ekipaj üzvü həlak olub.

Qəzaya ilkin səbəb kimi mühərrikin alovlanması göstərilir. (axar.az)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular