Modern.az

Axtarışda olan 23 nəfər saxlanıldı  

Axtarışda olan 23 nəfər saxlanıldı   

Aktual

13 Mart 2018, 09:08

Daxili İşlər Nazirliyi martın 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.   


Nazirlikdən Modern.az-a bildirlib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.  

        
Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

        
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər xəsarət alıb. 

        
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

        
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi