Modern.az

Tramp Rusiya ilə yumşaq davranmaqda İTTİHAM OLUNDU

Tramp Rusiya ilə yumşaq davranmaqda İTTİHAM OLUNDU

13 Mart 2018, 10:49

ABŞ-ın Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan 140 üzvü prezident Donald Trampa müraciət edərək Rusiyaya qarşı seçkilərə müdaxilə faktı ilə bağlı sanksiyalar tətbiq edilməsini istəyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, demokratlar ölkə başçısının sanksiyaların tətbiq edilməsi ilə bağlı qərarları gecikdirdiyini də vurğulayıblar.

 

“Yanvarın 29-da Rusiyanın hərbi və kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edənlərə qarşı sanskiya tətbiq etməliydiniz amma bunu etmədiniz. Həmçinin, 2016-cı il seçkilərində kiberhücumlar təşkil edənlərə qarşı da Konqresin qəbul etdiyi sanksiya tədbirlərini imzalamadınız”.

 

Bundan öncə, maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yaxın 30 gün ərzində yeni sanksiyanın tətbiq olunacağını demişdi.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır