Modern.az

Türkiyədə avtobus yük maşınına çırpılıb - ölənlər 13-ə çatdı - YENİLƏNİB

Türkiyədə avtobus yük maşınına çırpılıb - ölənlər 13-ə çatdı - YENİLƏNİB

13 Mart 2018, 12:15

Türkiyənin Çorum bölgəsindəki Osmancıq rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Osmancıq Bələdiyyəsinin sədri Həmzə Karataşın sözlərinə görə, qəza zamanı xəsarət alan 15 nəfər xəstəxanalara yerləşdirilib. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, bu gün gecə saatlarında İstanbuldan Tokata gedən sərnişin avtobusu Osmancıq rayonu ərazisində yol kənarında dayanmış ağır tonnajlı yük maşınına çırpılıb. Qəzadan sonra avtobus yanıb. Sərnişinlərdən bir çoxu avtobusdan çıxa bilməyib və yanaraq həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi