Ermənistan aprelin 9-da rəsmən parlament respublikasına keçəcək. Modern.az Ermənistanın “İrates” qəzetinə istinadən xəbər verir ki, yeni formalaşacaq hökumətdə ciddi dəyişikliklərin olacağı gözlənilir.
“Aprelin 9-dan sonra hökumətdə ciddi dəyişikliklər gözlənilir. Səhiyyə, təbii sərvətlər və mədəniyyət nazirləri öz postları ilə vidalaşacaqlar”.
“İrates” qəzetinin məlumatına görə, Serj Sarksiyanın baş nazir, Karen Karapetyanın isə baş nazirin birinci müavini təyin olunması tam razılaşdırılıb. Bundan başqa, Serj Sarkisyan aprelin 9-da prezidentlikdən getdikdən sonra yeni kadrlara üstünlük verəcəyini deyib.