Modern.az

ABŞ-dakı Rusiya səfirliyi ittihamları rədd edir

ABŞ-dakı Rusiya səfirliyi ittihamları rədd edir

13 Mart 2018, 11:44

ABŞ-da Rusiya səfirliyi Vaşinqtonun Solsberi də baş vermiş zəhərlənmə hadisəsində Rusiyaya qarşı ittihamları rədd edib. Modern.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

 

“Rusiyanın sübutlarsız bütün günahlarda ittiham olunması davam edir. Bu gün növbəti yalan xəbərlə şənlənirik, guya ki, Britaniyadakı faciəvi zəhərlənmə hadisəsində Rusiya izinə rastlanılıb. Bunlar nə zaman birinci faktları yoxlayıb sonra ittiham etməyə başlayacaqlar.” - səfirlikdən bilidirblər.

Səfrilikdən qeyd ediblər ki, “hal-hazırda Britaniya və ya ABŞ tərəfinin söylədiyi heç bir sübut yoxdur.”

 

Qeyd edək ki, martın 12-də Britaniya baş naziri Tereza Mey Solsberidə QRU-nun eks polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi hadisəsində rusiyanı ittiham edərək bildirib ki, hadisədə istifadə olunan maddə “Noviçok” qrupuna daxil olan maddə Rusiya tərəfində hal-hazırda hazırlıq mərhələsində neyroparalitik maddədir ki, ya Rusiya bu maddəyə nəzarəti itirib, ya da, o, bu hadisədə bir başa məsuliyyət daşıyır. Bundan əlavə Mey Rusiyada İki gün ərzində cavab gözlədiyini  bildirib.

Bunun ardınca isə ABŞ-ın dövlət katibi Reks Tillerson da ittihamlara qoşularaq Britaniya tərəfinin araşdırmasına tam güvəndiyini bildirib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır