Modern.az

Türkiyə ordusu Afrini tam mühasirəyə alıb

Türkiyə ordusu Afrini tam mühasirəyə alıb

13 Mart 2018, 12:20

Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini tamamilə mühasirəyə alıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini də nəzarətə götürüb.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır