Modern.az

Pornoaktrisa Trampa 130 min dollar təklif etdi

Pornoaktrisa Trampa 130 min dollar təklif etdi

13 Mart 2018, 12:51

Pornoaktrisa Steffani Klifford Trampın vəkili Maykl Koeniyə ünvanladığı məktubda 130 min dolları geri qaytarmağa və məhkəmə iddiasını da ləğv etməyə hazır olduğunu bildirib. Modern.az xəbər verir ki, bu barədə “CBS News” xəbər verib.

 

Məktubda aktrisa məbləği martın 16-sına kimi Trampın göstərdiyi hesaba köçürməyə hazır olduğunu bildirib.

Qarşılığında o, yalnız ABŞ prezidentindən “açıq və azad şəkildə prezidentlə keçmiş əlaqələri və bu barədə onu susmağa necə vadar etməkləri haqda danışmaq, eyni zamanda əlində olan şəkil, mesaj və video materiallardan heç bir qisas və ya hüqüqi məsuliyyətdən qorxmayaraq istifadə imkanı tanımasını istəyir”.

 

Təklif martın 13-ü axşama kimi qüvvədədir. Əgər Tramp ona cavab verməsə o ləğv edilir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır