Modern.az

İspaniyada “Valensiya Azərbaycanlıları” Cəmiyyəti yaranır  

İspaniyada “Valensiya Azərbaycanlıları” Cəmiyyəti yaranır    

13 Mart 2018, 16:04

“2005-ci ilin oktaybr ayından bu günə qədər İspaniya Krallığının Valensiya şəhərində yaşayıram”.

Modern.az xəbər verir ki, bu sözləri Valensiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Mübariz İbrahim bildirib. Mübariz İbrahim Valensiyada çox sayda soydaşımızın yaşamadığını qeyd edib.

“Deyə bilərəm ki, Valensiyada mənim tanıdığım 5-6 ailə var, bəzən tələbələr təhsil almaq üçün gəlirlər. Ümumiyyətlə, burada olan azərbaycanlıları bir-biriləri ilə isti və mehriban münasibətləri var. Tədbirlər zamanı bir araya gəlir və həmrəylik nümayiş etdirirlər. Lakin işlə bağlı olaraq hər kəs bir-biri ilə telefon vasitəsilə əlaqə saxlayır. Vaxt olduqca, çay-kofe süfrəsində görüşüb dərdləşirik”.

M.İbrahim yerli təşkilatın yaranmasına böyük ehtiyac olduğuna toxunub:

“Əlbəttə ki, yerli təşkilatın yaranmasına ehtiyac var. Bəzi səbəblərdən təşkilat hələ rəsmi şəkildə yaradılmayıb, lakin tezliklə yaxın ərəfədə təşkilat yaratmağı planşdırırıq. Təşkilatın adını “Valensiya Azərbaycanlıları” Cəmiyyəti olacaq”.

Fəal diasporçu yerli media ilə yaxından əlaqələrin qurulduğunu qeyd edib: “Yerli mətbuatla çox səmimi əlaqələrimiz var. Azərbaycanla bağlı məqalələr yayımlanır. Fürsətdən istifadə edib “Las-Provincias” və “Levante” qəzetlərinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Elnur Eltürk

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi