Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Fərid Cəfərov bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.