Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri
Hümbətov İlham Gürşad oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini
Bu sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli 2710 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.