Modern.az

Azərbaycanda daha 57 nəfər saxlanıldı  

Azərbaycanda daha 57 nəfər saxlanıldı   

14 Mart 2018, 08:39

Daxili İşlər Nazirliyi martın 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.  


Axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi