Modern.az

Azərbaycanlı deputatlar yaponiyalı həmkarları ilə görüşdülər

Azərbaycanlı deputatlar yaponiyalı həmkarları ilə görüşdülər

14 Mart 2018, 09:52

8 mart 2018-ci il tarixində Yaponiyanın Baş nazirinin xüsusi məsləhətçisi Tomohiko Taniquçi Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Tomohiko Taniquçi həmçinin Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşüb. Görüş Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin İqamətgahında baş tutub.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayev, Milli Məclisin deputatları Hadi Rəcəbli və Məlahət İbrahimqızı iştirak ediblər.

 

 

Görüş zamanı Yaponiya  və Azərbaycan Respublikası arasındakı qarşılıqlı faydalı əmakdaşlıq və dostluq münasibətləri haqqında söhbət açılmış, xarici siyasətlə bağlı fikir mübadiləsi aparılmış və ümumi inkişaf perspektivləri müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi