Modern.az

Bakıda səs-küy salan şəxsə 2500 manatlıq cərimə kəsildi  

Bakıda səs-küy salan şəxsə 2500 manatlıq cərimə kəsildi   

14 Mart 2018, 10:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.


Modern.az xəbər verir ki, ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.


Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi