Modern.az

“XX əsrin Norveç hekayələri” - onlayn versiya oxucuların ixtiyarına verildi

“XX əsrin Norveç hekayələri” - onlayn versiya oxucuların ixtiyarına verildi

Aktual

14 Mart 2018, 12:25

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindən olan “XX əsrin Norveç hekayələri” kitabının onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

 

Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

 

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları”bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi