Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.