Modern.az

ATƏT PA-nın müşahidə missiyasının koordinatoru prezidentliyə namizədlərlə görüşdü

ATƏT PA-nın müşahidə missiyasının koordinatoru prezidentliyə namizədlərlə görüşdü

Aktual

14 Mart 2018, 13:10

ATƏT-in Parlament Assambleyasının (PA) qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb.

 

“Report”un xəbərinə görə, görüşdə prezidentliyə qeydə alınan namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, prezidentliyə qeydə alınan namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, prezidentliyə qeydə alınan namizəd Araz Əlizadə, prezidentliyə qeydə alınan namizəd Fərəc Quliyev, prezidentliyə qeydə alınan namizəd Razi Nurullayev, prezidentliyə qeydə alınan namizəd Zahid Oruc, prezidentliyə qeydə alınan namizəd Hafiz Hacıyev və prezidentliyə namizədlər Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər.

 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası hələlik T.Abbaslının, S.Cəlaloğlunun, Ə.Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxmayıb.

 

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi