Modern.az

Qəzaya düşən şagirdlərin vəziyyəti yaxşılaşıb  

Qəzaya düşən şagirdlərin vəziyyəti yaxşılaşıb   

Aktual

14 Mart 2018, 14:24

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərin müalicəsi davam etdirilir.
 

Bu barədə Modern.az-a İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin əməkdaşı İhamə Musayeva məlumat verib.  


İ.Musayeva bildirib ki, Mingəçevirdəki xəstələrdən 5 nəfərin vəziyyəti stabildir: 

 

“Əməliyyat keçirən qız da daxil şagirdlərin beşinin də vəziyyəti stabil qiymətləndirilir. Həkimlər müalicənin müsbət dinamika üzrə getdiyini açıqlayıb”. 


Qurum rəsmisinin sözlərinə görə, hazırda şagirdlərin həyati təkhlükəsi yoxdur. 

 

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi