Modern.az

Mirşahinin telekanalı bu gündən işə başlayıb  

Mirşahinin telekanalı bu gündən işə başlayıb   

Aktual

15 Mart 2018, 09:42

Bu gündən tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi  “Real” TV ixtisaslaşmış xəbər kanalı kimi yayıma başlayıb.

Kanal “Azerspace” tezlikdə 1135 Polarization Horizontal Symbol Rate 27500 yayımlanır.

“Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının əməkdaşları - Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Eldəniz Vəliyev, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu və digərləri çalışır. 

Qeyd edək ki, Milli Teleradio “Real” TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi