Modern.az

Ailəsi onu AXTARIR

Ailəsi onu AXTARIR

Aktual

15 Mart 2018, 15:18

Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, C.Məmmədovun  əlamətləri belədir:

 

Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur.  Xəstəxanadan çıxarkən əynində qəhvəyi  rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

 

Şəkildə gördüyünüz şəxsi  tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi