Modern.az

Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb - FOTOLAR

Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb - FOTOLAR

Aktual

15 Mart 2018, 18:15

Milli Məclisin Gənclər və idman komitəsinin sədri  Fuad Muradov bu gün Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb.

Parlament binasında keçirilən görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və 12 nəfər  “kempo”çu iştirak edib.

Görüşdə çıxış edən Ə.Hüseynli bu idman növünün hüquqi istiqamətlər baxımından inkişaf etdirmək yönündə öz tövsiyələrini verib. Tərəflər Kempo idman növü, eyni zamanda idmanın inkişafı ilə bağlı müzakirələr aparılıb.

 

Bildirilib ki, kempo döyüş sənətinin tarixi çox qədimdən başlayır. Ruslar onu "Əlbəyaxa döyüş", çinlilər “Tsuan-fa”, yaponlar  “Kempo” deyərək adlandırırlar. Bu idman növü özündə döyüş fəndlərindən başqa ilk yardım, təbii üsullarla müalicəni cəmləşdirir. Müasir dövrdə Kempo döyüş sənətində bir neçə istiqamətlər inkişaf etdirilir.

 

Federasiya üzvləri görüşdən sonra Milli Məclisin iclas zalı ilə tanış olub, Heydər Əliyev muzeyinə baş çəkiblər.

Sonda onlarla xatirə şəkli çəkilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi