Modern.az

Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 4 yaralı 

Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 4 yaralı 

Aktual

16 Mart 2018, 11:42

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.

 

Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi